I Divizionun 2-ci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt”ın əvəzediciləri bu gün sonuncu yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Qarabağ-2”ni qəbul edib.
"Gənclik şəhəri" təmsilçisi Ağdam klubuna 4:3 hesabı ilə qalib gəlib. “Sumqayıt”ın əvəzediciləri bununla da təlim-məşq toplanışını başa vurub.
Komanda 6 fevral, saat 14:00-da I Divizionun 14-cü turu çərçivəsində evdə “Qaradağ Lökbatan”la qarşılaşacaq.
saytlarin hazirlanmasi