"Sumqayıt" Premyer Liqanın 16-cı turunda qarşılaşacağı "Zirə" ilə oyunun hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında "Kapital Bank Arena"nın ehtiyat meydançasında bu gün növbəti məşqini keçirib.
Zədəli olan Şəhriyar Əliyev və Vüqar Mustafayev fitness zalında fərdi məşq edib. Təxminən 1,5 saat davam edən hazırlıq prosesində müxtəlif toplu çalışmalar yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Oyun fevralın 8-i saat 17:30-da "Kapital Bank Arena"da keçiriləcək. 15 turdan sonra "Zirə" 20 xalla 4-cü, "Sumqayıt" 19 xalla 5-cidir.
saytlarin hazirlanmasi