Ayxan Abbasov: "Hər dəfə yaxşı oynamaq olmur"

20:08 - 15 Fevral 2020

Premyer Liqanın 17-ci turunda evdə "Sabah"a 1:2 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə qələbəni şərh edib:

 

- Önəmli həftə idi. Xal fərqini artıra bilərdik. Yuxarı pillələrə yaxınlaşmaq şansımız var idi. "Sabah"ın gücünü bilirdik. Futbolçulara da demişdik ki, son oyunlar kompakt oynayırlar. Bu gün də fərqli sistemdə oynadılar. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Bəzi futbolçuların oyunları alınmadı. Hər dəfə yaxşı oynamaq olmur. Çalışacağıq ki, bu matçdan dərs çıxaraq. Gələn tur "Qarabağ"a qarşı səfərdə vacib oyunumuz var.

 

- Bu gün "Sumqayıt" əvvəlki turlardakı komanda deyildi. Qələbə istəyini görə bilmədik. Bu, nədən irəli gəlir?
- Arxayınlaşma yox idi. Əgər 1 qələbədən sonra arxayınlaşırıqsa, bu, bizim zəifliyimizdi. Rəqib nə "Neftçi", nə də "Zirə" kimi oynadı. Müdafiədə yaxşı idilər. Əks hücumlara bel bağlayırdılar. Əsas odu ki, bu, sonuncu olsun.

 

- Futbolçu bir dəfə yaxşı, bir dəfə pis oynayırsa, kimin günahıdı?
- Oyunumuza elə də bərbad deməzdim. Hücumlarımız da var idi, ancaq az. Burda günahkar axtarmıram. Bu futbolçulara inanıram.

 

- Bu gün "Zirə"nin məğlub olması, futbolçularınızın psixologiyasına təsir etdiyini düşünürsüzmü?
- Futbolçuların çoxu hesabı bilmirdi. Bu gün istədiyimiz hücumları qura bilmədik. Hər komanda bütün oyunlarda qalib gəlmək istəyir.

 

- Azərbaycan millisinin baş məşqçi postuna namizədlər arasında yerli məşqçi yoxdu. Bu, yerli məşqçilərə etimadsızlıq kimi sayılmır?
- Buna cavab vermək düzgün deyil. Bu işə cavabdeh olanlar var. Gələn məşqçiyə də uğurlar arzu edəcəyik. Çünki bu milli komanda hamımızındır.

Xəbər xətti