Jelko Sopiç: "Dani Olmo kimi futbolçunun üzə çıxmasında yaxından iştirak etdim"

00:54 - 18 Fevral 2020

"Sabah"ın xorvatiyalı baş məşqçisi Jelko Sopiç ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Azərbaycandakı transfer siyasətindən danışıb:

 

"Azərbaycanda "Sabah" klubunu çalışdırıram. "Rudes"dən ayrıldıqdan sonra Zaqreb "Dinamo"sunun əvəzedici komandasında işlədim. Orada Dani Olmo, İvan Şunyiç və Yosip Brekalo kimi istedadlı futbolçuların üzə çıxmasında yaxından iştirak etdim.

 

Azərbaycanda problem ondan ibarətdi ki, klublar bütün pulu yay "transfer pəncərəsi"ndə xərcləyirlər. Bundan sonra isə yeni komanda formalaşdırmaq mümkün olmur. Əlində olan oyunçularla kifayətlənməlisən. Qarşıya qoyulan vəzifəyə çatmaq üçün mübarizəmizi davam etdiririk. Burda vəziyyət Fransa və İspaniyadakı kimi deyil. Məsələn, siz öz büdcənizi yaxşı idarə etməlisiz”.

 

Sopiç "Sabah"ın fransalı futbolçuları Kevin Kubemba və Amadu Diallo haqda da fikirlərini bildirib:

 

"Kubembanın ayağı sındığı üçün onu hələlik yalnız məşqlərdə görürəm. Diallo isə yaxşı reaksiyası olan sürətli futbolçudu. Sadəcə, atasının ölümünə görə şəxsi problemləri səbəbindən istədiyimiz oyunu göstərə bilmirdi".

Xəbər xətti