"Sabah"ın futbolçusu Rusiya ilə oyun üçün yığmaya dəvət aldı

16:10 - 10 Mart 2020

"Sabah"ın futbolçusu Yevgeni Koçuk növbəti dəfə Moldova millisinə dəvət alıb.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin adı Andorra və Rusiya yığmaları ilə keçiriləcək yoldaşlıq oyunları üçün açıqlanan siyahıdadır.

 

Yığma türk çalışdırıcı Engin Fıratın rəhbərliyi ilə martın 23-ü bir araya gələcək.

Xəbər xətti