"Barselona" ter-Şteqeni razı salır

12:12 - 22 May 2020

"Barselona" qapıçısı Mark-Andre ter Şteqenlə yeni müqavilə imzalamağa hazırlaşır.

 

Sportal.az "Sport" nəşrinə istinadla xəbər verir ki, almaniyalı qolkiper katalonlarla razılığa gəlmək üzrədir. Məlumata görə, 28 yaşlı futbolçu ilə 5 illik sözləşmə imzalanacaq.

 

Daha öncə ter-Şteqenin "Barsa"dan vergilər xaric illik 18 milyon avro maaş tələb etdiyi iddia edilirdi.

 

"Barselona" Almaniya millisinin üzvünü 2014-cü ildə Mönhenqladbax "Borussiya"sından 12 milyon avroya transfer etmişdi. Onun indiki müqaviləsi 2022-ci ilin yayında sona çatacaq.

Xəbər xətti