La Liqa derbi ilə qayıdır

11:11 - 25 May 2020

İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas La Liqanın bərpa ediləcəyi barədə xəbərləri təsdiq edib.

 

Sportal.az xəbər verir ki, qurum rəsmisi iyunun 11-də Sevilya derbisi ilə çempionatın bərpa ediləcəyini deyib:

 

"Hər həftə ölkədə koronavirusa yoluxma faizi aşağı düşür. İspaniya çempionatının iyunun 11-də başlayacağı gözlənilir. Bunun üçün xeyli toplanacağıq. İyunun 11-i hesab edirəm ki, "Sevilya - "Real Betis" matçı keçiriləcək. Həftəsonu oyunlar 3 fərqli saatda keçiriləcək. Əgər temperatur yüksək olsa, oyunların saatını irəli çəkəcəyik".

Xəbər xətti