İngilis futbolçu yolun ortasında bıçaqlandı

11:31 - 30 İyun 2020

İngiltərənin "Derbi" klubunun müdafiəçisi Andre Uizdom bıçaqlanıb.

 

Sportal.az xəbər verir ki, hadisə Liverpul şəhərində baş verib. İngilis futbolçu yaxınlarını ziyarət etmək üçün yollandığı şəhərdə xoşagəlməz hadisə ilə üzləşib. 

 

Uizdom maşından düşən zaman bir şəxs onu bıçaqlayıb və əşyalarını oğurlayıb. Ciddi yaralar alan müdafiəçi xəstəxanaya aparılıb. Onun həyatı ciddi təhlükə altında deyil və o, həftənin sonuna qədər xəstəxanada qalacaq.

 

Onun mövsümün qalan matçlarında oynayıb-oynamayacağı nəlum deyil.

 

"Liverpul"un yetirməsi 2017-ci ildən "Derbi"də çıxış edir. 27 yaşlı futbolçu bu mövsüm 21 oyunda 1 qol vurub, 1 assist edib.

Xəbər xətti