"Mançester Siti"nin qapıçısı Klaudio Bravo Premyer Liqada mövsüm bitdikdən sonra klubdan ayrılacaq.
Sportal.az xəbər verir ki, çilili qolkiper başa çatacaq müqaviləsini uzatmayacağını deyib. 37 yaşlı əlcək sahibi karyerasını ölkəsində davam etdirmək fikrində olduğunu bildirib.
"Şəhərlilər" Bravonu 2016-cı ildə "Barselona"dan 18 milyon avroya transfer etmişdi. Təcrübəli qapıçı bu mövsüm 17 oyun keçirib.
saytlarin hazirlanmasi