Azərbaycan Premyer Liqasında XIV turun "Sabah" - "Qarabağ" oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında meydan sahibi komandanın baş məşqçisi Visente Qomes jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
- Çox yaxşı oyun alındı. matçda müsbət imkanlarımız var idi, yaxşı intensiviliyimiz var idi. Səhvlərimiz də oldu. Çalışmalıyıq ki, səhvlərimizi azaldaq. "Qarabağ" kimi komandalara qarşı belə səhvlər olduqda, cəzalandırılmaq qaçılmazdı.
- "Sabah" heyət və büdcə baxımından Premyer Liqada 1-2 klubdan geri qalır. Lakin turnir cədvəlində sonuncu sıradasız. Bu, nə ilə bağlıdı?
- Büdcə və heyətlə bağlı nəsə deyə bilmərəm. Mən bura gələndən nə qədər oyunçu transfer etmişik, ona fikir verin. 6 oyunluq məğlubiyyət seriyası bizə çox təsir etdi. Qışa qədər oynadığımız son 4 oyunda xal qazana bilmişdik. Bu gün də "Qarabağ"a uduzduq.
- Qış fasiləsində komandayla intensiv məşqlər etdiz. Bundan sonra bəs necə olacaq?
- Fasilədən sonra ilk oyunumuz "Qarabağ"a qarşı oldu. Bizim məğlub olduğumuz rəqib "Qarabağ"dı. Rəqib Azərbaycanın ən yaxşı komandalarından biridi. "Qarabağ"a uduzmaq faciədimi? Düşünürəm ki, bu gün yaxşı oyun sərgiləmişik.
- Vurduğunuz qollara baxdıqda, hesablasaq, hər oyuna 1 qol düşür. Hücum xəttiniz çoxmu zəifdi ki, qol vura bilmirsiz?
- Bu statistikanın digər tərəfinə də baxın. Qol imkanlarımız olur, vura bilmirik, yoxsa heç qol imkanımız olmur? Çoxlu qol imkanları yaradırıq, lakin fürsətlərimizdən yararlana bilmirik.
- Bəs bu 8 ayda nə işlə məşğul olmusuz? Hücumçular qol vura bilmirsə, siz nə etmisiz?
- Məşqçi kimi məşqlərdə qapıya zərbələri işləyirik. İstəyirik ki, yaxşı atmosfer yaradaq ki, futbolçular qol vura bilsin.
- "Sabah" "Qarabağ"ı çıxmaqla, ən yaxşı büdcəsi olan komandadı...
- Mən bunu deyə bilmərəm. Gəldikdən sonra mənim elədiyim transferlərə baxın. Əgər transfer edə bilmiriksə, deməli büdcəmiz yaxşı deyil. Mən gələndən istəyirəm ki, əlimdə olan heyətlə nəsə edim.
- Komandada dəyişikliklər çox olur. Sizə elə gəlmirmi ki, problem standard "11-liy"in olmamasıdı?
- İndi mən hər hansı eksperimentdən danışa bilmərəm. Əvvəlki oyunlara baxsaq, çox dəyişiklik fikri ilə razılaşmıram.
- Ayrılmaq fikrinə düşməmisiz?
- Belə nəticələr olanda fikirlər də çox olur. Rəhbərlik davam etməyimi məqbul sayıb və davam edirəm.
- Əvvəl deyirdiz ki, öz oyun fəlsəfəmi aşılamaq istəyirəm. Lakin görünən odu ki, bunu hələ edə bilmirsiz. Problem kimdədi?
- Mənim əvvəl fərqli oyun düşüncəm var idi. Lakin "Qəbələ" ilə matçdan sonra başqa oyun tərzinə keçdik. İndi də hələ bu oyun tərzindəyik.
- Bunun effekt verəcəyini düşünürsüz?
- Bəli, inanıb dəyişmişəm. Oyun tərzini dəyişdikdən sonra "Zirə"yə uduzduq, lakin həmin oyunda penaltidən yararlana bilmədik, imkanlarımız da çox olmuşdu. Komanda artıq daha yaxşı oynayır və daha da yaxşılaşdırmalıyıq. Bərbad oynadığımızı düşünmürəm. Nəticənin yaxşı olamdığını mən də bilirəm. Minimum istədiyimizi meydanda sərgiləyə bildik. Bu gün sadə bir səhvdən sonra qol buraxdıq.
- Heyətinizdə kifayət qədər yaxşı futbolçular olsa da, sonuncu sıradasız. Bu heyətlə sonuncu olmaq faciə deyilmi?
- Mənə görə futbolda faciə yoxdu. Faciə bu yaxınlarda olan müharibə idi. Qalib gəlmək, çox qol vurmaq istəyirik, ancaq olmur.