"Bəhlul Mustafazadə "Sabah"ın futbolçusudur, onu buraxıb-buraxmamaq klubun öz işidir"
Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib. Onun sözlərinə görə, burada bir çox amillər nəzərə alınmalıdır:
"Klubla əlaqə saxlayıb, maraqlanmışıq. Orada vəziyyət mətbuatda yazılan kimi deyil, bir az fərqlidir. Klubun qərarına hörmətlə yanaşırıq".
Danimarkanın "Veyle" klubu Bəhlul Mustafazadə üçün "Sabah"a təklif göndərib. Lakin klub 23 yaşlı müdafiəçini buraxmaqdan imtina edib.
saytlarin hazirlanmasi