Azərbaycan Premyer Liqasının 15-ci turunun “Zirə” ilə səfər oyunu "Sabah"ın yeni transferi Dmitro Klots üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, belə ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matçın 68-ci dəqiqəsində Mario Marinanın yerinə meydana daxil olan ukraynalı yarımmüdafiəçi, “Sabah”da debüt edib.
2:2 hesablı bərabərliklə nəticələnən qarşılaşma Amadu Diallo və Coşqun Diniyev üçün də əlamətdar olub. Coşqun “Sabah”ın heyətində Premyer Liqada 40-cı, qvineyalı legioner isə 30-cu oyununu keçirib.
saytlarin hazirlanmasi