“Keşlə” Premyer Liqada 150-ci dəfə heç-heçə edib.
Sportal.az xəbər verir ki, ölkə çempionatında 1999-cu ildə debüt edən paytaxt təmsilçisinin yubileyi “Sabah”la görüşə təsadüf edib. XVII turun qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.
Müxtəlif illərdə “Xəzər Universiteti” və “İnter” adını daşımış Bakı klubu 582-ci matçında 150-ci bərabərliyə imza atıb. Evdə 70 heç-heçəsi olan “Keşlə” səfərdə 80-ci sülhə nail olub.
Yalnız iki komanda – “Qarabağ”la (191) “Neftçi” (180) daha çox matçda 1 xal qazanıb.
saytlarin hazirlanmasi