Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasında 150-ci matçını keçirib.
Sportal.az xəbər verir ki, XVIII turun “Neftçi”yə qarşı səfər görüşü (1:2) “Sabah”ın yarımmüdafiəçisi üçün əlamətdar olub. O, yubileyi vurduğu qolla qeyd edib.
Çempionatda 2013/14 mövsümündə “Qarabağ”ın (4 oyun) heyətində debüt edən futbolçu AZAL (22 oyun), “Zirə” (68 oyun, 5 qol) və “Qəbələ”də (23 oyun, 1 oyun) də oynayıb. Təmkin “Sabah”da 33-cü matçında ilk topunu vurub. O, bu müddətdə ümumilikdə 7 qol vurub.
saytlarin hazirlanmasi