“Sabah”ın futbolçusu Kevin Kubemba Konqo yığmasına dəvət alıb.
Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu Afrika Millətlər kuboku çərçivəsində Seneqal və Qvineya-Bisau yığması ilə keçiriləcək oyunlar üçün milliyə çağırılıb.
Kubemba 2014-cü ildə Konqo millisində debüt edib. Hücumçu sonuncu dəfə 2016-cı ildə yığmaya çağırılıb.
Konqo yığması martın 26-da Seneqal, 30-da isə Qvineya-Bisau ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi