Ramin Quliyev: “Çatışmayan nüanslar üzərində işləməyə davam edəcəyik”

23:59 - 28 Mart 2021

“Sabah” yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, “Bank Respublika Arena”da “Sumqayıt”la qarşılaşan paytaxt təmsilçisi görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb. Oyundan sonra komandanın baş məşqçisi Ramin Quliyev klubun saytına açıqlamasında görüşlə bağlı fikirlərini bildirib:

 

“Bu gün oyunçuların son həftə ərzində məşqlərdə işlədiyimiz taktiki gedişləri həyata keçirməsi, ümumiyyətlə oyuna yanaşmaları tərifə layiq idi. “Sumqayıt” özünəməxsus oyun tərzi olan və sürətli, dinamik futbol oynayan kollektivdir. Fikrimcə, hər iki komanda baxımlı oyun nümayiş etdirməyə çalışdı. Oyunun müsbət cəhətlərindən biri də xeyli gənc oyunçuya oynamağa imkan yaranması və bəzi futbolçuların özlərini çox yaxşı tərəfdən göstərməyi bacarması oldu. Bu oyun yoldaşlıq görüşü olsa da, komandanın qələbə qazanması xoş oldu. Yenə də, çatışmayan nüanslar üzərində işləməyə davam edəcəyik”.

 

“Sabah” Azərbaycan Premyer Liqasında fasilədən sonra ilk oyununu aprelin 4-də evdə “Qəbələ”yə qarşı keçirəcək.

Xəbər xətti