"Ağır qələbə oldu, komandada bu qələbəyə inam yox idi. Yeni ildən bu yana qələbə qazanmırdıq. Bu gün komanda ruhunu gördük".
Sportal.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın 21-ci turunda "Qəbələ"yə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.
- Gəlişinizdən sonra nəyi dəyişə bildiniz?
- Milli komandalara gedən 8 futbolçumuz komandada yox idi ki, bu məqam özü çətinlik yaratdı. Komandada əsas özünəinamı yaratmağa çalışdıq. Sanki sonuncu yerlə barışmışdıq. Əsasən məşqlərdə bəzi dəyişikliklər etdik, psixoloji cəhətdən dəyişikliklər oldu. 3 gün ərzində nəyisə dəyişmək asan deyil.
- Rəhbərlik sizin qarşınıza hansı hədəfi qoyub?
- Rəhbərlik qarşıma heç bir hədəf qoymayıb. Çünki burdakı taleyim sual altındadır. Sadəcə bu uğurlar mənim üçün də müsbətdir. Rəhbərlik hədəf belə qoymasa, bu heyətlə özümüz nəsə edə bilərik.
- "Sabah" avrokuboklara düşə bilər?
- 2-3 qələbə qazansaq niyə də olmasın?
- Ramil Şeydayevi bu mövsüm əsasən ehtiyatda görürdük. Qısa zaman kəsiyində necə oldu ki, əsas heyət üzvü oldu?
- Şeydayev potensiallı və keyfiyyətli futbolçudur. Sadəcə olaraq bəzən futbolçu zəif çıxış edir. Ramilə inam lazım idi. Bu gün vurduğu qoldan sonra da daha əmin deyə bilərəm ki, fərqli Şeydayev görəcəksiniz.
saytlarin hazirlanmasi