Ramin Quliyev: "Hər şeyi qaydasına salmaq üçün vaxt lazımdır"

21:05 - 10 Aprel 2021

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın 22-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyundan (0:0) sonra mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, öncə oyunla bağlı danışıb:

 

- Maraqlı və baxımlı oyun keçdi. Futbola aid hər şey var idi. Çoxlu qol imkanlarımız var idi. Baxmayaraq ki, heç-heçə oldu. Oyunçular futbola aid hər şeyi göstərdi. Buna görə uşaqlara təşəkkür edirəm. Futbola yanaşmaları, meydanda sona qədər mübarizə aparmaqları məni sevindirdi.

 

- Qol problemini necə həll edəcəksiz?
- Vaxt lazımdır ki, hər bir şeyi tam otuzduraq. Bunun üzərində daha çox çalışmalıyıq ki, problemi aradan qaldıraq.

 

- Bir futbol mütəxəssisi kimi baxsaz, Ramin Quliyev daha əvvəldən komandanı çalışdırsaydı, indi turnir cədvəlində daha yaxşı yerlərdə olardıq deyə, düşünürsüz?
- Sözsüz, bu oyun sizin verdiyiniz sualın bariz nümunəsidir. Hər şeydə bir xeyir var. Yəqin məsləhət belə imiş ki, məni indi gətiriblər.

Xəbər xətti