“Sabah”ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın 22-ci turunda səfərdə “Keşlə” ilə qarşılaşmadan sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o, oyunu şərh edib:
"O qədər də maraqlı oyun olmadı. Hər iki komanda meydanda sona kimi mübarizə apardı. Rəqibin də, bizim də qol imkanlarımız var idi. Məncə, hesab oyuna görə oldu. Komandamın oyunundan razı qaldım. Uşaqlar yaxşı mübarizə apardılar. Çatışmayan yeganə şey qol oldu. Ancaq futbolçularımın meydandakı əzmkarlığı, istəyi məni sevindirdi.
Nicat Mehbalıyev gəncdir. Onun ilk oyunu idi. Nicat eyni zamanda gənclərdən ibarət Azərbaycan yığmasının əsas qapıçısıdır. Sözsüz ki, hər dəfə yox, amma ara-sıra şans vermək olar. Klub olaraq biz gənc futbolçuları sınamalıyıq. Gələcək üçün lazım olacaq. Onu təbrik edirəm".
saytlarin hazirlanmasi