Ramin Quliyev bu gənclərin yolunu açdı

12:12 - 18 Aprel 2021

Premyer Liqanın XXIII turunda baş tutmuş “Keşlə” – “Sabah” oyunu (0:0) qonaqların qapıçısı Nicat Mehbalıyev və hücumçusu Camal Cəfərov üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Ramin Quliyevin meydana buraxdığı hər iki futbolçu Premyer Liqada ilk oyunlarını keçiriblər.

 

Nicat oyuna start heyətində başlayıb. 20 yaşlı qolkiper Premyer Liqada ilk matçında qapısını toxunulmaz saxlayıb.

 

Camal isə qarşılaşmanın 84-cü dəqiqəsində meydana daxil olub.  19 yaşlı hücumçu Tiemoko Fofananı əvəzləyib.

Xəbər xətti