Azərbaycan Premyer Liqasında XXIV turun "Sabah" - "Səbail" (2:2) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Ramin Quliyev jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
- Həftəboyu bu oyuna çox yaxşı hazırlaşmışdıq. "Neftçi"nin zəif və güclü tərəflərini təhlil etmişdik. Oyun əvvəldə də yaxşı gedirdi. Bu, sırf hesabda önə keçməyimizə görə deyildi. 20-25 dəqiqədən sonra gərginliyin yaranması artıq oyunda futbolçulara keçdi və ümumi oyunu dəyişdi. Hakim oyunu əldən verdi. Buna baxmayaraq, qələbəyə daha çox biz layiq idik. Bu gün "Neftçi" bir xalı qazandı.
- Bəhlul Mustafazadə təcrübəli müdafiəçidi. Qırmızı vərəqə aldığı epizodda dirsəklə rəqibə vurması nə dərəcə düzgündü?
- O, belə epizodlarda daha diqqətli olmalıdı. Baxıb, təhlil edəcəyik. Bəhlulun komandanı azlıqda qoyması xoşagəlməz hadisə idi. Ruslan Abışov təcrübəlidi. Onun meydana daxil olmasından sonra təcrübəsi özünü göstərdi.
- Üç qırmızı vərəqə futbolçularınızın intizamsızlığı ilə bağlıdı, yoxsa hakimliklə?
- İntizamsızlıq deməzdim. 20 dəqiqədən sonra hakimin oyunu əldən verməsi bu yerlərə gətirib çıxardı. Mən futbolçumun qırmızı vərəqə almasını hakimin boynuna yıxmıram. Epizodlara daha diqqətlə baxıb, dəyərləndirmək lazımdı.
- Saşa Stamenkoviçin vaxtı aparmasına münasibətiniz necədi?
- Bu gün çempionluğa oynayan komanda xal itirdi. Samir Abasovun bizim qapıçıya münasibət bildirməsini başa düşə bilmirəm. Amma harda görülüb ki, üç qırmızı vərəqədən sonra qapıçı vaxtı aparmasın? Onlar kimi biz də xal qazanmalıyıq. Nə etməliydik? Tez başlamalıydıq ki, gəlib qol vursunlar? Rəqib baş məşqçinin bizim futbolçular haqda fikir bildirməsini başa düşmürəm. Gərək biz də rəqib oyunçular haqda münasibət bildirək?