Saşa Stamenkoviç: "Samir Abasova nə futbolçu, nə də məşqçi kimi uduzmuşam"

17:17 - 26 Aprel 2021

Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” matçından (2:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov “Sabah”ın qapıçısı Saşa Stamenkoviçlə bağlı xoşagəlməz ifadələr işlədib. Abasov oyun ərzində Stamenkoviçin vaxtı qəsdən uzatdığını iddia edərək, narazılığını kəskin formada ifadə edib.

 

Sportal.az xəbər verir ki, bir vaxtlar “Neftçi”nin də formasını geyinən Stamenkoviç Abasovun fikirlərinə münasibət bildirib. Komanda.az-a açıqlama verən 36 yaşlı qapıçı Abasovdan üzr gözlədiyini bildirib:

 

“Mən özüm də “Neftçi” azarkeşiyəm. Bu klubun qazandığı son kuboku mən öz əllərimlə gətirmişəm. Bunu bilmirlərsə, “Neftçi” azarkeşlərindən soruşsunlar. “Neftçi”nin məşqçisindən və qapıçısından xoşagəlməz sözlər eşitdim. Onlardan üzr istəmələrini gözləyirəm. Mən Samir Abasova nə futbolçu, nə də məşqçi kimi uduzmuşam. Buna görə də, mənə hörmət etmələrini və üzr istəmələrini xahiş edirəm!”

Xəbər xətti