"Sabah"da yeni debütant

14:14 - 5 May 2021

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sumqayıt” – “Sabah” matçı “Sabah”ın gənc futbolçusu Abdulla Xaybulayev üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Sabah”ın 2:0 qalib gəldiyi görüşdə yüksək liqada ilk oyununa çıxıb. Abdulla qarşılaşmanın 90+4-cü dəqiqəsində Mario Marinanı əvəzləyərək Premyer Liqada debüt edib.

 

“Sabah” Premyer Liqada 5-ci sıradadır.

Xəbər xətti