Səlahət Ağayev "Sabah"a keçidindən danışdı

"Sabah"ın yeni transferi Səlahət Ağayev paytaxt klubuna keçidi barədə danışıb.
 

Sportal.az xəbər verir ki, təcrübəli qapıçı klubun saytına açıqlamasında bunları deyib:

 

“Sabah”a gəldiyimə görə çox şadam. Bu, mənim üçün yeni çağırışdır. Yeni yaranmasına baxmayaraq, “Sabah” ölkəmizin ən peşəkar və iddialı klublarından birinə çevrilməyi bacarıb. Klubun rəhbərliyi və baş məşqçisi tanıdığım və hörmət etdiyim insanlardır. Seçimimdə bu faktorun rolu daha böyük oldu. Hansı komandada oynamağımdan asılı olmayaraq, həmişə ən yaxşı nəticələri qazanmağa çalışmışam. Gənc və iddialı baş məşqçimiz, keyfiyyətli futbolçularımız var. İnanıram ki, birlikdə əlimizdən gələnin ən yaxşısını edib, sonda arzuladığımız uğurları qazanacağıq”.

 

"Sabah" "Neftçi"dən ayrılan Səlahət Ağayevlə 1 illik müqavilə bağlayıb.

Tarix: 14 İyun [17:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio