“Sabah”ın futbolçusu Ozan Can Kökçü karyerasını Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu 1-ci liqa təmsilçisi “Eyüpspor”la razılığa gəlib. Ozan “Sabah”la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etdikdən sonra İstanbul təmsilçisi ilə sözləşmə imzalayacaq.
2019-cu ildən “Sabah”da çıxış edən yarımmüdafiəçi ötən mövsümü icarə əsasında Niderlandın “Telstar” klubunda keçirib.
saytlarin hazirlanmasi