"Sabah" Kamaranın müqavilə şərtlərini açıqladı - VİDEO

11:22 - 8 İyul 2021

“Sabah” yeni futbolçusu Xuan Kamaranın müqaviləsinin detallarını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Polşanın “Yagelloniya” klubundan bir illik icarəyə götürülüb.

 

Kamara karyerası ərzində İspaniyanın “Vilyarreal B” (2012-2014), “Barselona B” (2014-2016), “Barselona” (2015-2016), “Jirona” (2016/2017), “Reus Deportiu” (2017/2018), Polşanın “Medz Leqnitsa” (2018/2019), “Yagelloniya” (2019-2020), Rumıniyanın “Dinamo” (Buxarest, 2020) və “Universitatya Krayova” (2021) klublarında çıxış edib. Xuan 5 oyunda İspaniya U-17 millisinin də şərəfini qoruyub.

 

Kamara “Sabah”da 17 nömrəli formada çıxış edəcək.

 

Xəbər xətti