"Sabah"ın yeni transferi Xuan Kamara keçidi ilə bağlı təəssüratlarını bölüşüb.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu klubun saytına açıqlamasında komanda ilə məşqlərə başlamaq üçün səbirsizləndiyini deyib:
“Bura gəldikdən sonra gördüklərimə əsasən ilkin təəssüratlarım möhtəşəmdir. Bu gün yeni komanda yoldaşlarımla tanış olacam. Komandaya qoşulmaq, məşqlərə başlamaq üçün səbirsizlənirəm. Yeni mövsümün bizim üçün möhtəşəm olmasını istəyirəm”.
Qeyd edək ki, ispaniyalı vinger Polşanın “Yagelloniya” klubundan bir illik icarəyə götürülüb.
saytlarin hazirlanmasi