Ramin Quliyev "Zirə" ilə oyundan danışdı

23:46 - 9 İyul 2021

"Sabah"ın baş məşqçisi Ramin Quliyev "Zirə" ilə yoxlama oyunundan (0-0) sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, nəticəni şərh edib:

 

"İlk matçımız idi. İki fərqli hissə izlədik. Futbolçuların geridə qalan 7-8 günlük hazırlıq müddətində fiziki durumlarının necə olmasını görmək istəyirdik. Sevindirici haldı ki, hər iki hissədə fiziki baxımdan istədiyimizi ala bildik. Ən əsası, şükürlər olsun ki, heç bir zədə olmadı". 

Xəbər xətti