"Sabah" "Keşlə"yə uduzdu

21:53 - 13 İyul 2021

“Sabah” klubu bu gün növbəti yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Keşlə” ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən görüş “Keşlə”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bundan öncə “Sabah” yeni mövsümə hazırlıq çərçivəsində "Zirə" ilə bir yoxlama oyunu (0:0) keçirmişdi.

Xəbər xətti