Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan “Sabah” növbəti mövsüm üçün hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, komanda axşam saatlarında növbəti məşqinə çıxıb.
“Zestafoni” təlim-məşq bazasında keçirilən məşqdə futbolçular topla müxtəlif təmrinləri yerinə yetirib, taktiki planda hazırlıq keçiblər.
Bu gün komanda Tiflis toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. “Ağ-göylər” yerli “Şukura”nı (Kobuleti) sınağa çəkəcək. Görüş “Zestafoni” təlim-məşq bazasında baş tutacaq.
saytlarin hazirlanmasi