Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Telavi” komandası ilə qarşılaşıb. Gürcüstan təmsilçisi ilə görüş “Sabah”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bakılıların yeganə qolunu Abdulla Xaybulayev vurub.
“Sabah” bundan əvvəl Gürcüstan toplanışında “Şukura”nı 1:0 hesabıyla məğlub edib. Komanda digər matçda “Samqurali”yə eyni hesabla uduzub.
saytlarin hazirlanmasi