"Qarabağ" Bəhlul Musatafazadəni transfer edə bilər, yoxsa FİFA-nın qərarını gözləməlidir? AKTUAL

Milli komandamızın və ölkəmizin perspektivli futbolçularından olan Bəhlul Mustafazadənin “Əl-Əyn”ə transferi baş tutmayandan sonra onun “Qarabağ”a keçəcəyinə dair xəbərlər yayılıb. Bu barədə xəbər qol.az saytında yer alıb. 


Sportal.az saytının da əldə etdiyi məlumata görə, tərəflər arasında artıq ilkin razılıq əldə olunub. Bu məqamda sual yaranır ki, “Qarabağ” Bəhlul Mustafazadənin durumu ilə bağlı FİFA-nın qərarını gözləməlidir, yoxsa onun transferini bu qərar olmadan da rəsmiləşdirə bilər? 


 “Sabah”-Bəhlul Musatafazadə-“Əl-Əyn” arasında düyünün çözülməsi çox vaxt apara bilər. Belədə, FİFA-nın mövcud qaydalarına görə, futbolçu karyerasına ara verməməli, prosedurlara riayət etmək şərti ilə öz çıxışını davam etdirməlidir. Konkret Bəhlulun durumuna gəlincə, o, yaxın vaxtlarda “Sabah”dan azad agent statusuna malik olduğuna dair sənədləri alacaq və “Qarabağ”la müqavilə imzalamağında heç bir əngəl olmayacaq.

  
Hadisələrin sonrakı gedişatı nəticəsində FİFA-nın verəcəyi qərarların “Qarabağ”a heç bir aidiyyatı olmayacaq. “Qarabağ” azad agent statusuna malik oyunçunu heyətə qatır və Bəhlulun transferinə görə çəkişmədə olan klubların qarşısında heç bir öhdəlik götürmür. 

 

Tarix: 27 İyul [23:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2021
15  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio