“Sabah” futbolçu Ozan Can Kökcü ilə yollarını ayırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Niderlandın “Telstar” klubuyla razılığa gəlinib.
Ozan Can 2019-cu ildən "Sabah"ın uğurları üçün çalışırdı. Ötən mövsümün ikinci yarısını “Telstar”da icarədə keçirən Kökcü, “Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi