Diniyev yubiley matçına çıxdı

12:43 - 16 Avqust 2021

Azərbaycan Premyer Liqasının 1-ci turunun “Səbail”lə matçı “Sabah”ın futbolçusu Coşqun Diniyev üçün əlamətdar olub.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, Bakı klubunun heyətində 50-ci çempionat matçına çıxıb. Diniyev debüt etdiyi 2018/19 mövsümündə 13, 2019/20 mövsümündə 14 matçda şans qazanıb. O, ötən çempionatda 22 dəfə şans qazanıb. Əvvəlki üç çempionatda 49 dəfə meydana çıxan Coşqun son iki mövsümün hərəsində 1 dəfə fərqlənib.

 

O, klub tarixinə Premyer Liqada 50 və daha çox oyun keçirən 3-cü futbolçu olub. Yalnız Saşa Stamenkoviç (60) və Filip İvanoviç (55) daha çox şans qazanıb.

Xəbər xətti