"Bu qələbəni çoxdan gözləyirdim" - "Sabah"ın məşqçisi

18:42 - 23 Oktyabr 2021

“Sabah”ın məşqçisi İlkin Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, Hüseynov 3:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

- Oyun haqda çox danışmaq istəmirəm. Komandam sona qədər mübarizə apardı. Rəqib oyunun ilk dəqiqələrində azlıqda qaldı. Qələbə xoş oldu. Çoxdandır bunu gözləyirdim.

 

- Sanki bu qələbənin memarı Ramin Quliyev idi.
- Hazırlıq planı həftənin əvvəlində Quliyevin göstərişləri üzrə hazırlanmışdı. İki gün əvvəl komandadan ayrıldı, biz işimizə davam etdik, komandanı oyuna hazırladıq.


- Protokolda baş məşqçi siz göstərilsəz də, kənarda oyunu idarə edən İqor Ponomaryov idi.
- Ponomaryov klubun idman direktorudur. O, komandanın bütün futbolçularını tanıyır və təcrübəlidir. Burda hamı bir yerdə çalışır.

Xəbər xətti