Murad Musayev: "Mənim əvvəl çalışdığım oyunçuları Bakıya gətirmək çox çətin olacaq"

19:05 - 16 Dekabr 2021

"Sabah" Azərbaycan Premyer Liqasının 14-cü turunun oyununda səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Murad Musayev fikirlərini bildirib:

 

- Hesaba baxmayaraq, çox çətin oyun oldu. Məmnunam ki, 90 dəqiqə ərzində istədiyimiz yaxşı işləri gördük. Yaxşı kombinasiyalı hücumlardan sonra qollar vurduq. Müdafiədə güvənli oynamağa köklənmişdik. Bu gün qələbə qazanıb tətilə yaxşı əhval-ruhiyyədə getmək çox önəmli idi.


- Qış fasiləsində komandada hansı dəyişikliklər gözlənilir?

- Ola bilər ki, 1-2 oyunçunu icarəyə verək, 1-2 yeni futbolçu komandaya cəlb edək. Amma biz başa düşməliyik ki, gələn oyunçu da komandanı gücləndirməlidir. Transfer xatirinə transfer etmək istəmirik. 


- Yəqin ki, tanıdığınız futbolçular olacaq

- Mənim əvvəl çalışdığım oyunçuları Bakıya gətirmək çox çətin olacaq. Daha çox əvvəl işləmədiyim futbolçulara baxırıq.


- Hansı mövqelərə oyunçu axtarırsız?

- Seleksiya işləri haqda danışmaq istəmirəm. Yəqin ki, açıqlananda hamımız görəcəyik. 


- Məhəmməd Şəpi Süleymanovu transfer edəcəksiz?

- Bu suala artıq cavab vermişdim. Dünən onunla danışdım, Türkiyədə olmaqdan məmnundur. İlk qolunu vuran bilməsə də, orada xoşbəxtdir. 


- Saşa Stamenkoviç niyə indi yola salındı?

- Saşa böyük professional insandır. Evdə bəzi məsələləri var ki, futbola daha çox diqqət ayırmasına mane olur. O, xahiş etdi ki, biz ona güzəştə gedək. Bu müddət ərzində ailəsi ilə olmalıdır. Biz ona çox hörmət edirik və sevirik. Əlbəttə ki, ailə hər şeydən önəmlidir. Buna görə də indi bizdən ayrıldı.

 

- Epizodların birində hakimin qərarına sərt etiraz etdiniz. Bunun səbəbi nə idi?

- Top meydanın sol tərəfində idi. Rəqib oyunçu meydana icazəsiz girdiyi üçün futbolçumuza mane oldu. Qaydaları bilirəm. Top bəzi bölgələrdə olarkən meydana oyunçunu buraxmaq olmaz. Hakimlik yaxşı idi. Matçdan sonra emosional hərəkətimə görə hakimlərdən üzr istədim

Xəbər xətti