"Sabah"dan Premyer Liqada ilk

10:38 - 17 Dekabr 2021

“Sabah” tarixində ilk dəfə səfərdəki Premyer Liqa oyununda böyükhesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, bu, mövsümün ilk yarısının son turuna təsadüf edib. Bakı klubu rəqib meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.

 

2018-ci ildə Premyer Liqada debüt edən paytaxt klubu bunadək yalnız evdə böyük hesabla qələbə qazanmışdı. “Sabah” 46-cı səfər matçında ilk belə uğura imza atıb.

 

Qeyd edək ki, bu, bakılıların Premyer Liqada ümumilikdə 4-cü, mövsümdə 2-ci belə qələbəsidir.

Xəbər xətti