"Sabah"dan ayrılan futbolçu Qazaxıstana gedir

12:13 - 22 Dekabr 2021

"Sabah"dan ayrılan Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, serbiyalı qapıçının xidmətində bu ölkənin "Aktobe" klubu maraqlıdır. Qazaxıstan mətbuatının yazdığına görə, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.

 

Qeyd edək ki, Saşa Stamenkoviç 2016/2017 mövsümündə Qazaxıstanın "Okjetpes" klubunda çıxış edib.

Xəbər xətti