Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Sabah" növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi komanda Ukraynanın “Zarya” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Sabah" matçın gedişində hesabda geri düşsə də, 83-cü dəqiqədə kamran Quliyevin qolu ilə məğlubiyyətdən xilas olub.
“Sabah” Antalya toplanışında ilk yoxlama matçında Macarıstanın “Pakş” (1:1) klubu ilə qarşılaşıb.