"Sabah" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Murad Musayev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Matçla bağlı nə düşünürsüz?
- Yaxşı başlamışdıq. Birinci hissənin ortalarında kompaktlığı itirdik, rəqib topları götürdü. Bunun nəticəsində müəyyən üstünlük "Neftçi"yə keçdi. İkinci yarıda daha çox komplakt olduq. İlk hissədəki dediyim komponentləri ikinci yarıda düzəltdik. Qol vurduq, fürstərlərimiz yenə var idi. Nəzərə alsaq ki, ilin ilk oyunudu, hər iki komanda yaxşı oynadı. Matç fanatların xoşuna gəldi. Heç nə dəyişməyib, şanslar yenə də 50/50-di.
- Qəbul etdiyiniz komanda ilə indiki arasında hansı fərqlər var?
- Yaxşılaşan nələr var? Çox az oyunlar keçib. Oyun stabil olmalıdı. Mövsüm sonunda bu barədə danışacağıq. Ən yaxşı göstərici ustalıqda stabillikdi.
- Xulio Rodriqes sanki ümumi ansambldan geri qalırdı. Hətta yorğunluq da hiss olunurdu. O, bu matça nə dərəcədə hazır idi?
- Xulio bütün toplanışları keçib. Heç bir məşqi buraxmayıb. Sadəcə ikinci hissədə pressinqin sistemin dəyişdik ki, daha çox ortada möhkəmlənək. Kamaranı bir az geri çəkdik. Ona görə Xulionun üzərinə çox iş düşdü.
- Transferlər bitdi, yoxsa yenə olacaq? Ethiyac varmı?
- Yaxın günlərdə bir neçə futbolçu komandanı gücləndirəcək. Qışda oyunçu almaq çox çətindi. Çünki mövsümün ortasıdı. Heç kim istəmir ki, komndasından ayrılsın. Həmişə transfer barədə soruşursuz. Çox istəyərdim ki, Vaqner Lav bizə gəlsin. Təklif etmişdik, amma Danimarkaya getdi. 100 futbolçuya baxmışıq. Çox çətin idi. İstəyərdik ki, bunları daha əvvəlcədən cəlb edək. İndi də yaxşı komandamız var.
- "Ferentsvaroş" və "Krasnodar"dan təklifiniz olub?
- 1 ay əvvəl olmayıb. Əvvəl olub. 3-5 namizəddən biri olmuşam. Prezidentlə şəxsən görüşdüm. Sadəcə avstriyalı məşqçi üzərində dayandılar. Ondan sonra təklif olmayıb.
saytlarin hazirlanmasi