"Sabah" AFFA-ya şikayət etdi

21:26 - 15 Fevral 2022

“Sabah” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab matçında hakimlərin verdiyi qərarlardan narazı qalıb. 

 

Sportal.az xəbər verir ki, bu barədə Qol.az saytına açıqlamasənda klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. O, baş hakim Rəvan Həmzəzadənin qərarlarından narazı qaldıqlarını və AFFA-ya müraciət etdiklərini bildirib: 

 

Baş hakim Aleksey İsayevi, Səlahət Ağayevi və baş məşqçi Murad Musayevi qırmızı vərəqə ilə cəzalandırıb. 

 

“Məsələ ilə bağlı AFFA-ya rəsmi şəkildə müraciət etmişik. Ən çox da Səlahət Ağayevə qırmızı vərəqə verilməsindən narazıyıq” – deyə klub rəsmisi qeyd edib. 

 

Qeyd edək ki, “Sabah” “Neftçi” ilə ilk oyunda 1:1 hesablı heç-heçə edib. Cavab görüşündə “Neftçi” 3:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

Xəbər xətti