“Sabah”ın U-17 komandası Gürcüstanın paytaxtı Tbilisidə baş tutan “LeaderBet Cup” turnirində iştirak edib.
Sportal.az xəbər verir ki, təmsilçimiz turnir çərçivəsində 2 oyunda qüvvəsini sınayıb.
Komanda ilk matçda Tbilisinin yığma komandası ilə qarşılaşıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb (1:4). Görüşdə"Sabah"ın yeganə qolunu Əhməd Tarverdiyev vurub.
İkinci oyunda isə “Sabah” yerli “Saburtalo” komandasından olan həmyaşıdları ilə üz-üzə gəlib. Matç bakılıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qollara Ramil Nurəhmədov və Tuncay Yusifli imza atıblar.
Komandanın üzvü Əsgər Məmmədli turnirin ən yaxşı qapıçısı seçilib.
saytlarin hazirlanmasi