Musayevdən "Krasnodar" açıqlaması

10:32 - 5 Mart 2022

"Sabah"ın baş məşqçisi Murad Musayev sabiq klubu "Krasnodar"a qayıdacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis sports.ru-ya açıqlamasında bu məlumatları təkzib edib: 

 

"Xeyr, bu xəbərlər doğru deyil. Klub çətin vəziyyətə düşüb. "Krasnodar"a gələcəkdə güc və uğurlar arzulayıram".

 

Musayev ötən ilin oktyabr ayından "Sabah"ı çalışdırır. O, 2017-2021-ci illərdə "Krasnodar"ın baş məşqçisi olub.

Xəbər xətti