Ukraynalı "Sabah"da qol hesabını açdı

17:14 - 7 Mart 2022

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Keşlə” ilə qarşılaşıb. “ASK Arena”da keçirilən və komandanın minimal hesablı qələbəsi ilə yekunlaşan matç müdafiəçi Zurab Oçiqava üçün əlamətdar olub.

 

Qarşılaşmanın 89-cu dəqiqəsində komandasına qələbə qazandıran qola imza atan ukraynalı futbolçu, həm də Premyer Liqada qol hesabını açıb. 26 yaşlı müdafiəçi buna 22-ci oyununda nail olub.

 

Qeyd edək ki, Zurab 2021-ci ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır.

Xəbər xətti