Murad Musayev: "Daha da yaxşı ola bilərik"

20:32 - 2 Aprel 2022

"Sabah" Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçsinin baş məşqçisi Murad Musayev açıqlama verib:

 

- Topa yaxşı nəzarət edirdik. İlk hissənin ortalarında iki qol vurduq. Bu, bizə müəyyən mənada inam verdi. Pressinqimiz yaxşı alınırdı. Amma keçidlərdə keyfiyyəti daha da artırmalıyıq. Xoş haldır ki, rəqib qapımız qarşısında çox da təhlükəli vəziyyətlər yarada bilmədi. Amma daha da yaxşı ola bilərik. Məşq proseslərində bunun üzərində daha çox işləməyə çalışacağıq.

 

Elçin Əlixan

Xəbər xətti