Murad Musayev: "Hər oyuna final kimi yanaşmalıyıq"

19:50 - 9 Aprel 2022

"Sabah" Azərbaycan Premyer Liqasının XXII turunu oyununda doğma meydanda "Zirə"ni 3:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

 

- Çox gözəl oyun alındı. Çoxlu emosiya var idi. Heç bir komanda digərinə meydanda bir metr də güzəştə getmək istəmirdi. Bu gün göstərdik ki, biz həqiqətən də komandayıq. Çox çətin oyun idi. Əlimizdən gələn hər şeyi etdik. Azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm. 


- Komanda psixoloji olaraq yüksəlişdədir. Sona 6 tur qalmış Avrokubok perspektivini necə dəyərləndirirsiz?

- İndi bu haqda nəsə demək istəməzdim. Bu dönəmdə hər oyuna final kimi yanaşmalıyıq. Mayın 21-də xalları görəcəyik. Biz hazırda öz məşqlərimizə köklənməliyik. Bizim məqsədimiz hər gün daha yaxşı olmaqdır. Başqa heç bir şey haqda düşünmürük. 


- Qarşıda "Neftçi" ilə çətin oyun var. Futbolçularınızı bu gərgin oyuna necə hazırlayacaqsız?

- Əlbəttə çox çətin oyun olacaq. Çox maraqlı oyun olacağını gözləyirəm. Bizim "Neftçi" ilə oyunlarımız çox xoşuma gəlir. Oyunlar nə qədər çətin olsa, o qədər də maraqlı olur. 


- Artıq üç oyundur gənc qapıçıya şans verirsiz. Yusif İmanovun perfrmansını necə dəyərləndirirsiz?

- Yusuf öz şanslarından yaxşı istifadə etdi. Gələvək oyunlarda nə olacağını demək mənim üçün çətindir. Fikrimcə hazırkı heyət bizim optimal on birliyimizdir. Çox önəmlidir ki, Səlahət Ağayev də bu vəziyyəti yaxşı başa düşür. O, kapitanlıq funksiyasını çox yaxşı yerinə yetirir, Yusifə kömək edir.  Amma sabah necə olacağını demək mənim üçün çətindir.

 

Elçin Əlixan

Xəbər xətti