"Sabah"ın almaniyalısı: "Hələ hədəflərimizə çatmamışıq"

13:37 - 27 Aprel 2022

"Sabah"ın almaniyalı hücumçusu Coy Lens Mikels instaqramda paylaşım edib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı forvard hələ hədəflərinə çatmadıqlarını bildirib:

 

"Sözlərə ehtiyac yoxdur. İndiyə qədər əldə etdiyimiz uğurlara görə komanda yoldaşlarma təşəkkür edirəm. Hələ hədəflərimizə çatmamışıq. 4 oyun qaldı".

 

Coy Lens Mikels cari mövsümdə "Sabah"ın heyətində meydana çıxdığı 22 Premyer Liqa matçında 11 qol və 7 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti