"Sabah"ın daha bir komandası çempion oldu

23:06 - 7 May 2022

AFFA-nın təşkil etdiyi U-15 Liqasında mövsümə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Sabah” son turda “Şamaxı”nı Elgün İsaqov, İbrahim Xəlilov və Sakit Məmmədovun qollarıyla 3:0 hesabıyla məğlub edib. Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran "Sabah"ın U-15 komandası mövsümü çempion kimi başa vurub.

 

Qeyd edək ki, bir neçə gün öncə "Sabah"ın U-16 komandası da öz liqasında çempion olmuşdu.

Xəbər xətti