“Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində təşkil edilən “Shota Cup 2022” turnirində iştirak edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-11 qrupda keçirdiyi ilk oyunda yerli “Tbilisi 35” komandasına məğlub olub (1:2).
Digər görüşlərində qalib gələn “Sabah” qrup mərhələsini ikinci pillədə başa vurub. Qrup ikincilərinin üz-üzə gəldiyi “Golden League” matçında “Saburtalo” ilə qarşılaşan "Sabah" qolsuz heç-heçə başa çatan görüşün penaltilər seriyasında məğlub olaraq (2:4), yarışı ikinci pillədə başa vurub.
Komandanın qapıçısı Hüseyn Zeynalov turnirin ən yaxşı qolkiperi seçilib.
“Shota Cup 2022”-nin “Brilliant League” matçının qalibi isə ölkəmizin turnirdəki digər təmsilçisi “Vətən” olub.