"Sabah"ın braziliyalı futbolçusu Lukas Rangel ölkəsinin mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində ilk qolunu vurması haqda danışıb:
"Əvvəldən bu qolu vurmağa çalışırdım, amma top içəri girməməkdə israr edirdi. Allaha şükürlər olsun ki, dünənki oyunda bizim üçün çox vacib olan qolu vura bildim. Qol vura bilmək həmişə sevinc səbəbidir. Ümid edirəm ki, qol vurmağa və “Sabah”a kömək etməyə davam edəcəm".
Lukas Rangel müharibə səbəbindən Ukraynanı tərk edtməsi haqda da söz açıb. O, çox çətin anlar yaşadığını deyib:
"Ukraynanı tərk etmək üçün çox çətin anlardan keçdim və bu, şübhəsiz ki, fiziki vəziyyətimə də təsir etdi. Düzgün qidalanmadan, düzgün yatmadan, yerimədən və idman etmədən bir neçə gün keçirdim. Yaşadığımız şeylərdən sonra şübhəsiz ki, ağır psixoloji problemlərim oldu. Son bir neçə oyunda özümü daha yaxşı hiss edirəm və görürəm ki, inkişaf etmişəm".
saytlarin hazirlanmasi